AZAL təyyarəsinin vurulması əmri ilə bağlı yeni araşdırma – general Tolopilo ifşa olunur

AZAL təyyarəsinin vurulması ilə bağlı sarsıdıcı iddialar yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, “Minval Politika” yaxın dəqiqələrdə general-mayor Aleksandr Tolopilo barəsində yeni araşdırmasını dərc edəcək.
Məlumatda bildirilir ki, Tolopilo birbaşa AZAL reysi ilə bağlı faciəli hadisənin adı ilə assosiasiya olunur. Ona qarşı səslənən səhlənkarlıq ittihamlarına baxmayaraq, o, cəzalandırılmaq əvəzinə vəzifədə yüksəlib.
Sual olunur Rusiya ordusundakı bu ciddi xidməti uğursuzluqlara rəğmən, Tolopilo niyə sürətlə karyera pillələrini qalxır və kim onun səhvlərini ört-basdır edir?
Araşdırmanın tam detalları yaxın vaxtlarda “Minval Politika”da dərc olunacaq.
12:01 06.09.2025
Oxunuş sayı: 735