“Bu ilin sonuna qədər Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatması…”- Proqnoz

Rusiya-Ukrayna müharibəsiin pərdəarxası iştirakçıları müharibəyə yeni fon verməyə davam edirlər. Müharibə başlayandan yalnız öz təhlükəsizliyi və sabitliyi üçün Ukraynanı silahlandıran, Rusiyanın diqqətinin yayınmaması üçün Ukraynanı açıq hədəf halına gətirən Avropa yenidən Ukraynaya vədlər verərərk silahlandıracağını bildirib. Bütün dünya bu müharibəni bitirməyə çalışarkən Fransa prezidenti Emanuel Makron brifinqdə çıxışında qeyd edib ki, “Arzuedənlər koalisiyası"nın 26 ölkəsi Ukraynaya qoşun göndərməyə hazırdır. Bu isə sülhlə bağlı olan ən kiçik ümidləri belə yoxa çıxarır. Avropa nə istəyir? Ukraynanı silahlandırıb ardında gizlənmək yoxsa real sülh?
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib:
“Biz Avropa İttifaqı (Aİ) və xüsusən Fransanın Ukraynaya qoşun göndərmək barədə vədlərini artıq iki ildir ki, eşidirik. Lakin bugünki günə qədər heç bir Avropa ölkəsinin hərbi qulluqçusu rəsmi olaraq Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda iştirak etməyib. Bu və ya digər məqsədlər üçün hərbi kontingentin göndərilməsi mümkündür. Söhbət Aİ-nin Rusiya ilə hər hansı razılaşmanın əldə edilməsindən sonra yaradılacaq neytral zonadan və bu neytral zonaya nəzarət edəcək kontingentdən gedir. Burda isə heç bir Avropa ölkəsi Ukrayna ərazisinə Rusiya ilə döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi kontingent göndərməyib. Belə bir qərar yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna ərazisinə Aİ-yə aid məhdud kontingentin göndərilməsindən gedir ki, onlarda neytral zonada atəşkəs rejiminə nəzarət funksiyalarını yerinə yetirəcəklər. Bu ilin sonuna qədər Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatması və uzunmüddətli atəşkəsin əldə olunması gözlənilmir”.
Ayhan
21:21 05.09.2025
Oxunuş sayı: 744