Qarabağ erməniləri Ermənistandan kütləvi şəkildə köç edir və Rusiya-Ukrayna müharibəsinə qoşulur

Qarabağdan gəlmiş ermənilər son aylarda kütləvi şəkildə ölkəni tərk edir və Rusiya-Ukrayna müharibəsinə könüllü olaraq yazılırlar. Qəzet bu prosesi “kütləvi axın” adlandıraraq, Ermənistan hökumətinin bir müddət əvvəl sosial dəstək proqramını dayandırmasını əsas səbəblərdən biri kimi göstərib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, hazırda qarabağlı ermənilər əsasən “Arbat” adlı hərbi batalyona qoşulurlar. Burada müqaviləli hərbçilərə yüksək maaş təklif olunur. Bundan əlavə, müharibədə iştirak edənlərə və onların ailə üzvlərinə Rusiya Federasiyasının vətəndaşlığı sürətlə verilir.
Məlumata görə, bu proses Ermənistandan çıxış edən Qarabağ erməniləri üçün həm iqtisadi, həm də sosial baxımdan daha cəlbedici görünür. Ermənistanda sosial təminat imkanlarının azalması, Rusiyada isə həm yüksək əməkhaqqı, həm də vətəndaşlıq imtiyazlarının verilməsi onların seçimlərinə birbaşa təsir göstərib.
İddialara görə, artıq yüzlərlə erməni bu yolla Rusiya ordusuna qoşularaq döyüşlərdə iştirak etməyə başlayıb. Bu isə regiondakı miqrasiya və təhlükəsizlik məsələlərinə dair yeni suallar doğurur.
22:36 05.09.2025
Oxunuş sayı: 916