Professor: “İnfomasiya təhlükəsizliyi civə kimidir”

Azərbaycan dövlət orqanlarında təhlükəsizlik boşluqlarının yaranmasına qarşı hansı addımlar atılmalıdır?
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlama və monitorinqlər nəticəsində dövlət qurumlarının 976 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. Ümumiyyətlə informasiya sızmasının baş verməsi, xüsusən dövlət qurumlarında bu cür halların baş verməsi olduqca təhlükəlidir. Xüsusən Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resursları sayının 78 % arması qapıda olan təhlükədən xəbər verir. Bu vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər planı həyata keçirilməlidir?
Görüləcək tədbirlərlə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:
“Xüsusən dövlət qurumlarında informasiya sızması ilə bağlı olan təhlükəsizlik məsələləri ciddi, dövlət əhəmiyyətli məsələlərdir. Bu məsələ niyə bu dərəcədə həssasdır? Ona görə ki, təhlükəsizlik anlayışı civə kimidir. Necə ki, civəni əldə saxlamaq olmur, təhlükəsizliklə bağlı məsələləri də bir tədbirlə, bir proqramla sabitləmək mümkün deyil. Bunun üçün ən mühüm tədbir gündəlik olaraq yeni proqramların təmini, təhlükə gələ biləcək mənbələrin dəqiq müəyyənləşdirilməsi və qarşısının alınması üçün müəyyən proqramların hazırlanmasıdır. Belə olmasa bu resusrlar sıfıra endirilir və informasiya ilə bağlı resursların təhlükəsizliyə meyillənməsi, hədlərini aşması riski çox yüksək olur. Ona görə bu məsələ hər an gündəmdə və nəzarətdə olmalıdır ki, informasiya sızması baş verməsin. İnformasiya sızması təhlükəsizlik məsələlərindəki ən ciddi məqamlardandır. Bununla mübarizədə ən müasir texnologiyalardan istifadə edərək mütəxəssisslərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir”.
Ayhan
21:53 05.09.2025
Oxunuş sayı: 923