Ukraynada böyük ölkədir və Azərbaycan üçün önəmli partnyordur - Deputat

Azərbaycan Respublikasının balanslı siyasəti dünya dövlətləri ilə sağlam iqtisadi-siyasi əlaqələr qurmağa şərait yaradır. Bu fonda Ukrayna ilə də yaxşı iqtisadi-siyasi əlaqələrimiz və inkişaf edən dostluq münasibətlərimiz mövcuddur. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında yazıb ki, 2025-ci ilin ilk 7 ayında Ukraynadan Azərbaycana ixrac həcmi artıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Crossmedia.az-a açıqlama verib:
“Azərbaycandan Ukraynaya olan humanitar yardım, neft və neft məhsulları ixracında artımın digər tərəfdən isə Ukrayna kənd təsərrüfatı məhsulları və sənaye məhsullarının Azərbaycana ixracındakı artımın xüsusi çəkisi var. Biz son zamanlar Ukraynadan Azərbaycana ət, süd və süd məhsulları ixracatının artmasını müşahidə edirik. Nəzərə almaq lazımdır ki, Azərbaycandan Ukraynaya məhsul ixracı və Azərbaycanın infrastruktur layihələrdə iştirakı da artıb. Bu da qarşılıqlı şəkildə münasibətlərin inkişafına gətirib çıxarır. Ümumiyyətlə Ukraynada kifayət qədər böyük ölkədir və Azərbaycan üçün önəmli partnyordur. Hazırda Ukraynadakı müharibə bəzi iqtisadi əlaqələrin həyata keçməsinə manedir. Hər halda istənilən münaqişənin sonu olur. Rusiyanın Ukrayna ərazi bütövlüyünə qəsd edərkən bizim Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyimiz vacibdir. Düşünürəm ki, bu müharibə başa çatdıqdan sonra iqtisadi münasibətlərimiz daha da inkişaf edəcək”.
Ayhan
20:07 05.09.2025
Oxunuş sayı: 690