Elnur Məmmədov: Peru Azərbaycanla viza rejimini tamamilə ləğv etməyi təklif edir

Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.
"2013-cü ildə biz Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzaladıq. İndi Peru bu sazişin bütün pasportlara şamil edilməsini təklif edib", - diplomat bildirib.
14:11 05.09.2025
Oxunuş sayı: 941