Dövlət Agentliyi: Ölçmə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı 2 800-dən çox müraciət daxil olub

Bu ilin yanvar-iyul aylarında ölçmə vasitələrinin tipinin təsdiq olunması ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 2 826 sayda müraciət daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat
yayıb.
Məlumata görə, 1 183 sayda ölçmə vasitəsinin tipi təsdiq
olunaraq müvafiq sertifikat verilib.
"Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi
ölçmə vasitələrinin (sayğaclar, tərəzilər və s.) istifadədən əvvəl mövcud
standartlara və normativ sənədlərə uyğunluğunu təmin etməklə, insan həyatının və
sağlamlığının qorunmasına, ətraf mühitin mühafizəsinə, həmçinin dövlətin təhlükəsizliyi
və cəmiyyətin maraqlarının təmin olunmasına xidmət edir", - deyə məlumatda
qeyd olunub.
18:11 04.09.2025
Oxunuş sayı: 984