Türkiyənin beş böyük şirkəti Defense News Top 100 reytinqində ön sıralarda

Beş Türkiyə şirkəti Defense News Top 100 reytinqində mövqelərini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, dünyanın ən nüfuzlu hərbi sənaye reytinqi hesab edilən Defense News Top 100 illik siyahısında beş Türkiyə şirkəti yenidən öz mövqelərini qoruyub. Reytinq əvvəlki ilin hərbi satışlarına əsaslanaraq hazırlanır və aparıcı hərbi nəşr olan Defense News tərəfindən dərc olunur.
Türkiyə şirkətlərinin siyahıdakı mövqeləri belədir:
ASELSAN - 43-cü yer, hərbi gəlir 3,54 milyard
TUSAŞ - 47-ci yerR
Roketsan - 71-ci yer
ASFAT - 78-ci yer
MKE(Makine ve Kimya Endüstrisi) - 80-ci yer
Niyaz Hacıyev
10:36 04.09.2025
Oxunuş sayı: 924