Xorvatiya ordusuna Bayraktar TB2 PUA-ları təqdim olunub

Xorvatiya Türkiyənin Bayraktar TB2 PUA-larını rəsmi təqdimatla tanıdıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiya ordusu Türkiyədən alınan altı Bayraktar TB2 pilotsuz uçan aparatını arsenalına daxil edib. Təntənəli təqdimat Plesodakı polkovnik Marko Jivkoviç adına hərbi bazada keçirilib. Burada dronlardan biri nümayiş uçuşu həyata keçirib.
Dünyanın ən böyük pilotsuz uçan aparat istehsalçısı olan Baykar şirkəti beynəlxalq bazardakı mövcudluğunu genişləndirməyə davam edir. Bayraktar TB2 artıq 30-dan çox ölkəyə tədarük olunub. İndi bu PUA-ların istifadəçiləri sırasına Xorvatiya da qoşulub.
Bu müqavilə Türkiyənin müdafiə texnologiyaları sahəsində artan təsirinin və onun inkişaflarının qlobal tələbatının daha bir təsdiqi oldu.
Niyaz Hacıyev
20:19 03.09.2025
Oxunuş sayı: 1107