Ermənistan-Türkiyə sərhədinin açılması tarixi hələ məlum deyil

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün dəqiq açılma tarixinə dair məlumatın olmadığını açıqlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Crossmedia.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi jurnalistlərin sorğusuna cavab olaraq, nazir Ararat Mirzoyanın son müsahibəsinin linkini təqdim edib. Müsahibə zamanı nazir bildirib ki, Ermənistan və Türkiyə tərəfi rəsmi diplomatik səviyyədə və qapalı görüşlərdə kifayət qədər məzmunlu və dinamik dialoq aparır.
Ararat Mirzoyanın sözlərinə görə, Türkiyə tərəfi bildirir: «Bizdə problem yoxdur, biz sərhədləri açmaq, münasibətləri qurmaq istəyirik və buna hazırıq, lakin bunu Ermənistan-Azərbaycan müqaviləsi imzalandıqdan sonra edə bilərik».
Bu açıqlama Ermənistan-Türkiyə sərhədinin açılmasının yaxın gələcəkdə nə vaxt reallaşacağına dair suallara cavab deyil, yalnız prosesin diplomatik danışıqlar çərçivəsində davam etdiyini göstərir.
19:00 03.09.2025
Oxunuş sayı: 1139