Hikmət Hacıyev: Azərbaycana qarşı cinayətlərdə təqsirləndirilən ermənilərin azad edilməsi mümkün deyil

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığı olub.
Bu barədə Crossmedia.az xəbər verir ki, söhbətin əsas mövzusu Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilər olub.
Hikmət Hacıyev Qriqoryanla telefon danışığında bu məsələnin gündəmə gətirilməsinin sülh razılaşması və münasibətlərin normallaşmasına xələl gətirə biləcəyini vurğulayıb. Həmçinin ölkəmizə qarşı cinayətlərdə əli olan ermənilərin azad edilməsi məsələsinin nəzərdən keçirilmədiyini, bunun mümkün olmadığını qeyd edib. Məlumata görə, Hacıyevlə danışıqdan sonra Qriqoryan heç bir problem olmadığını deyib və razılaşaraq geri addım atıb.
18:41 03.09.2025
Oxunuş sayı: 1245