İran və Rusiya dəniz sanksiyalarından gizli yollarla yayınır

Britaniyanın nüfuzlu analitik mərkəzi Royal United Services Institute (RUSI)-nin yeni hesabatında bildirilir ki, Rusiya, İran və Şimali Koreya beynəlxalq dəniz sanksiyalarından yayınmaq üçün getdikcə daha mürəkkəb və aldadıcı üsullardan istifadə edirlər.
Crossmedia.az-ın məlumatına görə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, gəmi bayraqlarının qeydə alınması sistemində struktur islahatları aparılmasa, bu ölkələrə qarşı tətbiq edilən sanksiyalar ciddi şəkildə zəifləyə və effektivliyini itirə bilər.
Hesabata görə, bu ölkələr aşağıdakı taktikaları geniş şəkildə tətbiq edirlər:
Gəmi sahibliyinin gizlədilməsi;
Avtomatik İdentifikasiya Sistemlərinin (AIS) söndürülməsi;
Nəzarəti zəif olan ölkələrdə qeydiyyatdan keçmə;
Saxta bayraqlardan istifadə.
RUSI ekspertləri bildiriblər ki, “gəmilərin nizamlanmayan bayraqlara çıxış imkanının asanlığı və mülkiyyətin qeyri-şəffaflığı beynəlxalq hüquqdan yayınmağa şərait yaradır.
18:14 03.09.2025
Oxunuş sayı: 1141