Bu amil turizmin inkişafına əsas maneələrdən biridir - Ekspert

Turizmin inkişaf etməsində rol oynayan əsas və birinci amil gəzməli yerlərin, qonaqpərvər insanların, gözəl təbiətin olmasıdır. Azərbaycanda birləşən bu amillər dövlətimizə hər il minlərlə turistin axın etməsinə səbəb olur. Turistlər xalqımızın dəyərləri, adətləri ilə tanış olur, dilbər guşələrimizi gəzirlər. Dövlət Turizm Agentliyininn məlumatına görə, Azərbaycan indikindən iki-üç dəfə çox turist qəbul etməyə hazırdır. Mütəxəssislər həm də turizmi həssas və daha çox diqqət ayrılmalı olan sektor kimi dəyərləndirirlər. Bəs inkişaf etməkdə olan turizmə mane olan nüanslar var? Bu maneələr necə aradan qaldırıla bilər?
Mövzu ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın indikindən üç dəfə artıq turist qəbul etmək potensialı var. Amma bunun üçün quru sərhədləri açılmalıdır. Bu turizmin inkişafına əsas maneələrdən biridir. Həmçinin Azərbaycanda hotel konsepsiyasında da müəyyən dəyişikliklər etmək lazımdır. “Home hotel”, “butik hotel”, “ailə hotel” lərinin geniş yayılmasına ehtiyac var. Bu tip hotellər Azərbaycanda çox azdır. Bizdə böyük və bahalı hotellər üstünlük təşkil edir. Müasir turistlər isə daha ucuz və rahat hotellərə üstünlük verir. Məsələn Gürcüstanın Tiblisi şəhərində 3,4 nömrədən ibarət 700 dən çox home hotel var. Bu cür konsepsiyaları Azərbaycanda da yaratmaq lazımdır”.
Ayhan
13:14 01.09.2025
Oxunuş sayı: 877