Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub.
Crossmedia.az
xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda
iştirak edib.
Leyla
Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün
yaradılan şəraitə baxış keçirib.
Bildirilib
ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr
evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi
zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər
təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə
qurğuları quraşdırılıb.
İkinci
Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə Bəşirova jurnalistlərə
açıqlamasında bildirib ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu
cür şərait olmayıb: "Köhnə bağça yararsız vəziyyətə düşdüyündən fərdi evdə
fəaliyyət göstərirdik. Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində
yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları qəbul edə
biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar fəaliyyət göstərəcək.
Qonşu kəndlərdən də bağçamıza müraciətlər var. Uşaqlarımız üçün yaradılan şəraitə
görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk".
Leyla
Əliyeva daha sonra Şamaxıda və Ağsuda bir neçə ailəni ziyarət edib.
19:24 28.08.2025
Oxunuş sayı: 843