Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb
Crossmedia.az
xəbər verir ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyası 6 avqust 2025-ci il tarixli açıqlamasının davamı olaraq bildirir
ki, "Facebook" sosial media və sosial şəbəkə platformasının Azərbaycan
seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan
informasiya kampaniyası avqust ayı ərzində davam edib.
Dezinformativ
xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə
olunmaqla yeni yaradılmış "Caspian Xəbər", "Caspian Times",
"İşıq Media", "Pro Eminent Guild", "Next
Azerbaijan" və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.
Qeyd
olunmalıdır ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə Azərbaycan Respublikasının informasiya məkanına
edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə
fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.
Eyni
zamanda, bildiririk ki, "Meta" şirkətinə edilən müraciətlər nəticəsində
Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.
Xarici
müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli
olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri
ilə rastlaşdıqda bu barədə Milli Məclisin [email protected] elektron poçt
ünvanına məlumat verməyi xahiş edir.
18:31 28.08.2025
Oxunuş sayı: 851