Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

Ağdamda şiddətə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır, onların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat
yayıb.
Məlumata görə, Ağdam rayonunda atası tərəfindən döyüldüyü
iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat
yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır,
uşaqların vəziyyəti nəzarətdə saxlanılır.
Vurğulanıb ki, hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam
Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü
uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və
hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.
Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə
sorğular göndərilib.
Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və
valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət
verilməsi məsələsi Ombudsman tərəfindən nəzarətdə saxlanılır.
17:53 28.08.2025
Oxunuş sayı: 843