Ermənistan artıq sülh müqaviləsini imzalamağın nə qədər əhəmiyyətli olduğunu anlamış vəziyyətdədir - Deputat

Azərbaycan və Ermənistan arasında “Vaşinqton sənədləri” ilə bağlı müzakirələr sentyabr ayında start götürəcək. Paşinyan hazırda danışıqların aparılmadığını, prosesin yalnız sentyabrdan etibarən başlayacağını bildirib.
Bu məsələni Crossmedia.az-a şərh edən Milli Məclisin deputatı Jalə Əliyeva bundan bir neçə müddət əvvəl Vaşinqtonda keçirilən görüş barədə danışıb: "Cənab Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan ilə həyata keçirilən görüş bunu deməyə əsas verir ki, Ermənistan artıq sülh müqaviləsini imzalamağın nə qədər əhəmiyyətli olduğunu anlamış vəziyyətdədir. Əgər vəziyyətin ciddiliyini, reallığını qarşı tərəf nəzərə alarsa burada sadəcə söhbətin Ermənistan və Azərbaycandan deyil, ümümi olaraq bölgənin sabitliyindən gedir. Paşinyan hazırda dünyanın bir çox qlobal məsələlərinin müzakirə edildiyi bu görüşdə gəlinən nəticələrin nə qədər əhəmiyyətli olduğunu unutmasa və razılaşmaların dünyaya qalıcı sabit bir sülh gətirəcəyini nəzərə alsa sözün əsl mənasında sülh müqaviləsinin imzalanacağı tarix də çox uzaq deyil. Müqavilənin ilkin sənədində artıq Azərbaycanın irəli sürdüyü təkliflər nəzərə alınıb".
J.Əliyeva bildirib ki, əgər Ermənistanın növbəti dəfə oyun pozanlıq etsə, hər hansı qeyri-ciddi addım atmağa çalışsa artıq qarşısında sadəcə Azərbaycanın deyil, Azərbaycanın strateji tərəfdarları, eyni zamanda dünya miqyasında qınaqlarla qarşılasmaq ehtimalı var: "ABŞ kimi böyük dövlətin rəhbərinin dilə gətirdiyi fikirlər Ermənistan üçün bundan sonra atacağı addımlarda ölkəsi və xalqı üçün faydalı ola biləcək nəticələrə gəlməsi üçün vacibdir".
Fatimə Məmmədova
16:19 28.08.2025
Oxunuş sayı: 737