Erməni gömrükçü azərbaycanlıları yoxlayacaq? – Ararat Mirzoyan birbaşa cavab vermədi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni gömrük işçisinin azərbaycanlıları yoxlayıb-yoxlamayacağına birbaşa cavab verməyib.
Crossmedia.az xəbər verir ki, "H1" televiziyasına verdiyi müsahibədə Mirzoyan yayımlanmış sənədə istinad edib və Paşinyanın bəyanatlarını təkrarlayıb.
“Biz Azərbaycanın infrastrukturuna çıxış əldə edəcəyik, təbii ki, Azərbaycan da bizim infrastrukturumuza çıxış əldə edəcək, o cümlədən Ermənistan ərazisi ilə maneəsiz yolla Naxçıvanla əlaqə quracaq, qarşılıqlı olaraq Ermənistan da beynəlxalq və daxili nəqliyyat hərəkəti üçün üstünlüklər qazanacaq. Bu infrastruktur açılmadan əvvəl delimitasiya olmalıdır, bu tərəfdə Ermənistan bayrağı, o tərəfdə isə Azərbaycan bayrağı qaldırılmalıdır, müəyyən sərhəd-keçid məntəqəsi tikilməlidir, sərhəd xidməti olmalıdır”, - deyə Mirzoyan bildirib.
12:20 28.08.2025
Oxunuş sayı: 905