“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.
Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.
10:33 28.08.2025
Oxunuş sayı: 679