AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətiriləcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Teleqraf-a Anar Rzayev açıqlamasında bu məsələdən xəbəri olmadığını deyib.
"İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsindən xəbərim yoxdur. Ona görə də hər hansı fikir bildirə bilmirəm. Hazırda bağdayam və məzuniyyətdəyəm", - deyə o, əlavə edib.
13:13 26.08.2025
Oxunuş sayı: 1124