Kadırov daha bir mükafat aldı

Rusiya Rəqəmsal İnkişaf naziri Maksut Şadayev Çeçenistan rəhbəri Ramzan Kadırovu “keçən tədris ilində şagirdlərin rəqəmsal savadlılıq səviyyəsinin artırılmasına verdiyi əhəmiyyətli töhfəyə görə” mükafatlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat yayıb.
Belə ki, mükafatı Kadırova onun qardaşı oğlu- Çeçenistanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri Adam Çerxiqov təqdim edib.
Eyni mərasimdə Ramzan Kadırov isə öz növbəsində qardaşı oğlunu “Çeçenistan Respublikasının Əməkdar Nəqliyyat İşçisi” fəxri adına layiq görüb. Bundan əlavə, Adam Çerxiqovun atası Ramzan Çerxiqova “Rusiya Federasiyasının Əməkdar Nəqliyyat İşçisi” adı təqdim olunub.
Fatimə Məmmədova
09:33 23.08.2025
Oxunuş sayı: 1509