Ermənistan Azərbaycanla kommunikasiya açılışına hazırlaşır

Ermənistan Azərbaycanla kommunikasiya açılışına hazırlaşır.
Crossmedia.az xəbər verir ki, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib ki, ölkə 8 avqust Vaşinqton Bəyannaməsinə əsasən Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşır. Onun sözlərinə görə, Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıqda maraqlıdır və TRIPP (“Sülh və rifah naminə Trampın marşrutu”) proqramının həyata keçirilməsinə hazırdır.
Nazir həmçinin Türkiyə ilə Gümrü–Qars dəmir yolu xəttinin yenidən açılmasına hazır olduqlarını vurğulayıb. O qeyd edib ki, bu addım regionun qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
Mehriban Yariyeva
22:03 22.08.2025
Oxunuş sayı: 728