Ermənistan azərbaycanlılara qarşı nifrəti etiraf etdi

Ermənistanın mərkəzi televiziya kanallarından birində yayımlanan verilişdə qalmaqallı etiraf səsləndirilib. Verilişdə şairə və publisist Marinə Petrosyan Azərbaycanda guya ermənilərə qarşı nifrət təbliğatı aparıldığını iddia edib. Buna cavab olaraq, qondarma rejimin parlamentinin xarici əlaqələr komissiyasının sabiq sədri Vaqram Atanesyan açıq şəkildə etiraf edib ki, Ermənistanda azərbaycanlılara qarşı nifrət təbliğatı aparılır. O, hətta bununla şəxsi olaraq məşğul olduğunu vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, sual veriləndə Atanesyan qısa şəkildə “yaxşı edirəm” cavabını verib.
Bu etiraf bir daha göstərir ki, Ermənistan tərəfi əsassız ittihamlarla Azərbaycanı hədəf alsa da, əslində, nifrət ideologiyasını məhz öz cəmiyyətində təşviq edir. Belə yanaşma həm bölgədə sülhün qarşısını alır, həm də yeni nəsli azərbaycanlılara qarşı düşmənçilik ruhunda formalaşdırır.
Fatimə Məmmədova
18:10 22.08.2025
Oxunuş sayı: 1416