Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
2025-ci il avqustun 8-də tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə
Sizi ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Bu, Qafqaz regionunda uzun illər
davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən
mühüm addımdır.
Sizin müdrik rəhbərliyiniz və sülhə nail olmaq istiqamətində
göstərdiyiniz güclü iradə bu qeyri-adi uğura gətirib çıxarmış, bölgədə təhlükəsizliyin
və sabitliyin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Siz dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa
sadiqliyinizi nümayiş etdirməklə münaqişələrin həllində örnək sayıla biləcək
bir model ortaya qoymusunuz.
Azərbaycan xalqına daimi inkişaf və rifah arzularımızı ifadə
edir, bu tarixi nailiyyət fonunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin
möhkəmlənəcəyinə ümid bəsləyirik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm".
17:52 22.08.2025
Oxunuş sayı: 1180