Bashkortostanda məscidə od vurulub

Bashkortostanın Blagoveşensk şəhərində yerləşən məscidə naməlum şəxs tərəfindən od vurulub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, şahidlərin sözlərinə görə, kişi məscidin Sovetskaya küçəsindəki giriş qapısının yanında alışqan maye ilə doldurulmuş butulka ataraq hadisə yerindən uzaqlaşıb.
Məlumata görə, yanğın nəticəsində təxminən 10 kvadratmetr əraziyə ziyan dəyib, giriş hissəsindəki xalça və şəxsi əşyalar yanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Zəhra Ağayeva
18:40 22.08.2025
Oxunuş sayı: 789