Mirziyoyev Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı Özbəkistanla əməkdaşlıq təklif edib

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib.
Crossmedia.az-ın məlumatına görə, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.
Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.
15:59 22.08.2025
Oxunuş sayı: 1350