Həştərxanda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilir

Rusiyanın Həştərxan şəhərində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
İclasdan əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “Naberejnaya Privoljski” küçəsində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Mərasimdə hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iştirak ediblər.
14:08 22.08.2025
Oxunuş sayı: 813