Pakistan və Azərbaycan ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib

Pakistan və Azərbaycan arasında ticarət-iqtisadi yol xəritəsinin icrası müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, müzakirələr Pakistanın Baş nazirinin ticarət məsələləri üzrə koordinatoru Rana İhsan Afzal Xan ilə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov arasında keçirilən görüşdə aparılıb.
Belə ki, görüşdə yol xəritəsinin icrası, özəl sektorun sərmayələrinin cəlbi və qorunması, həmçinin gələcək əməkdaşlıq üçün aviasiya sahəsində potensial imkanlar nəzərdən keçirilib.
“Görüş müsbət atmosferdə başa çatdı – tərəflər iqtisadi əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı sərfəli sərmayələr üçün yeni imkanların açılması öhdəliyini təsdiqlədilər”, – deyə bildirilib.
Fatimə Məmmədova
10:59 21.08.2025
Oxunuş sayı: 1256