Özbəkistanda yeni turizm marşrutu yaradıldı

Özbəkistan “Türkmənistan – Xorəzm – Qaraqalpaqstan – Qazaxıstan” istiqamətini əhatə edən yeni transsərhəd turizm marşrutu təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, marşrut UNESCO-nun Dünya irsi siyahısına daxil olan abidələr də daxil olmaqla, 15-dən çox tarixi və mədəni obyektə səyahət imkanı yaradır. Layihə özəl sektorla birgə hazırlanıb və Mərkəzi Asiyada turist axınını artırmağı hədəfləyir.
Yeni marşrut qastronomik, ekoloji, etnoqrafik və ziyarət turlarını birləşdirir, həmçinin rahat səyahət və zəngin mədəni proqram təklif edir.
Qeyd edək ki, turizmin inkişafı ölkəyə xarici valyuta gətirəcək, həmçinin mehmanxana, nəqliyyat, bələdçilik və ticarət sahələrində yeni iş yerləri yaradacaq.
Fatimə Məmmədova
20:11 20.08.2025
Oxunuş sayı: 811