Donald Tusk Budapeştin Putin-Zelenski görüşü üçün uyğun olmadığını bildirdi

Polşa Prezidenti Donald Tusk, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün Macarıstanın paytaxtı Budapeştdə keçirilməsinin düzgün olmadığını bildirib.
Crossmedia.az bildirir ki, Tusk X sosial şəbəkəsində yazıb ki, 1994-cü ildə Ukrayna ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyü zəmanətləri almışdı və bu, Budapeştdə baş vermişdi.
O, əlavə edib ki, bu dəfə görüş üçün başqa bir yer tapmaq daha məqsədəuyğundur.
Mehriban Yariyeva
19:14 20.08.2025
Oxunuş sayı: 1350