Azərbaycan ABŞ-lə təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan ABŞ-lə milli təhlükəsizlik və texnologiya sahələrində daha sıx əməkdaşlığa can atır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Axios-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, sülh bəyanatının ABŞ prezidenti Donald Trampın administrasiyasının vasitəçiliyi ilə imzalanmasından sonra Bakı qarşıdakı dövrdə müxtəlif istiqamətlərdə işçi qruplarının yaradılmasını və əlaqələrin inkişafını hədəfləyir. Bu istiqamətlərə iqtisadiyyat, enerji, müdafiə, siyasət, təhsil, texnologiya və süni intellekt sahələri daxildir.
Xəzər İbrahim, həmçinin, ABŞ prezidenti Donald Trampın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib və onun “101 faiz” Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb:
“Cəmi altı ay ərzində onun gördüyü işlər, 30 ildən çox müddətdə başqalarının edə bilmədiklərini gerçəkləşdirdi”.
Diplomat, eyni zamanda, mart ayında Azərbaycana səfər etmiş Stiv Uitkofun rolunu da xüsusi qeyd edib.
Xumar Emilqızı
16:45 20.08.2025
Oxunuş sayı: 656