Polşada dron partlayıb

Şərqi Polşada, Osiny kəndi yaxınlığında dron qəzaya uğrayaraq partlayıb. Hadisə yeri Varşavadan 40 km, Ukrayna sərhədindən isə 100 km məsafədədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rzeczpospolita nəşri məlumat yayıb.
Polşa ordusu bildirib ki, Ukrayna və ya Belarus tərəfindən hava məkanının pozulması qeydə alınmayıb.
Polis qarğıdalı sahəsində yanmış metal və plastik qalıqlar aşkarlayıb.
Nigar Rəhimova
16:42 20.08.2025
Oxunuş sayı: 639