Türkiyə öz hərbi qüvvələrini Krıma yerləşdirə bilər -AÇIQLAMA

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Onlar Trampın Zelenski və Avropa liderləri ilə keçirdiyi görüşün nəticələri, Qəzzadakı vəziyyət və Suriyaya dair son hadisələri müzakirə ediblər. Nazir Fidan ədalətli və davamlı sülh üçün Türkiyənin hər cür dəstəyə hazır olduğunu ifadə edib. Maraqlıdır bəs Türkiyə tərəfi dəstək dedikdə tam olaraq nəyi nəzərdə tutur və bu məsələdə nə edə bilər?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Qabil Hüseynli Baykar şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının tətbiqi ilə bölgədə təhlükəsizliyin təmin olunacağını qeyd edib.
“Ümumən Ukraynada sənaye kompleksinin qurulmasında Türkiyənin iştirakı nəzərdə tutulur. Ardınca Baykar şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının tətbiqi ilə bölgədə təhlükəsizliyin təmin olunacağı vurğulanır. Əsas məsələ isə ondan ibarətdir ki, Krımın geri qaytarılması prosesində Türkiyə Ukraynaya tam dəstək verəcəyini bəyan edir”.
Politoloq həmçinin əməliyyatların başladığı halda, Türkiyənin öz hərbi qüvvələrini Krıma yerləşdirə biləcəyini qeyd edib.
“Qeyd edək ki, əməliyyatlar başladığı halda, Türkiyə öz hərbi qüvvələrini Krıma yerləşdirəcəyini bildirir. Beləliklə, Türkiyə həm hərbi, həm də siyasi dəstək göstərməyə hazır olduğunu qeyd edir. Bu məsələdə Baykar şirkətinin rolu xüsusi əhəmiyyət kəsb edir. Pilotsuz uçuş aparatlarının və digər müasir texnologiyaların istifadəsi gələcəkdə daha da genişlənəcəkdir”- deyə politoloq bildirib.
Elmir Heydərli
16:33 20.08.2025
Oxunuş sayı: 1505