Putinlə Ərdoğan telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Putin ABŞ Prezidenti Donald Trampla Ankoricdə keçirilən görüş barədə məlumat verib. O, həmçinin Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda aparılan danışıqlarında Türkiyənin göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirib.
Tərəflər Rusiya ilə Türkiyə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsini də müzakirə ediblər.
Nicat Rüstəmzadə
14:50 20.08.2025
Oxunuş sayı: 673