Netanyahu: " Makronun açıqlaması Fransada antisemitizmi alovlandırır"

İsrail Baş Naziri Benyamin Netanyahu, Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin Dövlətini tanımaq planlarına dair açıqlamasının antisemitizmi artırdığını bildirib. Netanyahu fransız liderə yazdığı məktubda son aylarda Fransada baş verən antisemit hadisələrə diqqət çəkib və bunları Parisin İsrail siyasətinin nəticəsi sayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Netanyahunun sözlərinə görə, Fransanın mövqeyi “HƏMAS terrorunu mükafatlandırır, girovların azad edilməsinə mane olur və Fransadakı yəhudiləri təhdid edənləri cəsarətləndirir".
Makron administrasiyası isə Netanyahunun açıqlamalarını “yanlış və alçaldıcı” adlandıraraq, cavabsız qalmayacağını bildirib.
Nigar Rəhimova
12:55 20.08.2025
Oxunuş sayı: 804