Zalujnı Londonda Zelenskiyə qarşı prezidentlik kampaniyasına hazırlaşır

Amerikalı jurnalist Keti Livingstonun Ukraynadan verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Böyük Britaniyadakı səfir olan Valeri Zalujnı prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Zalujnının seçki qərargahı Londonda yerləşir və hazırda komanda formalaşdırılır. Rəsmi start isə hələ açıqlanmayıb.
Onun komandasında keçmiş generallar, deputatlar, həmçinin media və ictimaiyyətlə əlaqələr üzrə ekspertlər yer alır.
Pərvin Hacıyeva
10:31 20.08.2025
Oxunuş sayı: 778