Prezident DSX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib::
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Vahid oğlu Qurbanova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə
polkovnik Azər Əliyusif oğlu Şirinova.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2025-ci il
12:33 16.08.2025
Oxunuş sayı: 1441