İlham Əliyev: Azərbaycan ABŞ ilə əməkdaşlığı müzakirə etmək üçün nümayəndə heyəti formalaşdırıb

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ ilə
əməkdaşlıq xartiyasını müzakirə etmək üçün nümayəndə heyətinin
formalaşdırılmasından danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə
Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan telekanallarına müsahibəsində
məlumat verib.
“Mənim tapşırığıma əsasən, ABŞ ilə
xartiyanın hazırlanması ilə məşğul olacaq Azərbaycan nümayəndə heyətinin
tərkibi artıq formalaşıb. Biz öz təkliflərimizi hazırlayıb təqdim edəcəyik.
ABŞ-yə səfərim çərçivəsində bir sıra aparıcı Amerika şirkətləri ilə də görüşlər
keçirmişəm”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev daha
əvvəl Bakı ilə Vaşinqton arasında Strateji Tərəfdaşlıq Xartiyasının bir neçə ay
ərzində hazırlanacağını bildirmişdi. “Bu strateji tərəfdaşlıq formatı bir çox
mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə,
tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə
mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki,
gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.
01:58 09.08.2025
Oxunuş sayı: 946