İlham Əliyev: Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi

Qarabağ müharibəsi başa çatanda Ermənistan
Azərbaycan gələcək əlaqələri sahəsində boşluq var idi.
Crossmedia.az xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib.
“O vaxt hələ fəaliyyət göstərmək istəyən
Minsk qrupu iflic vəziyyətində idi. Onlar bilmirdillər nə etmək lazımdır.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlar atmışdı və ərazi bütövlüyünü
bərpa etdi. O zaman Azərbaycan baxışlarını ortaya qoydu və dedik ki, boşluq çox
davam edə bilməz. Bundan sonra da cavab gəlmədi və biz məlum beş prinsipi
təklif etdik və onun əsasında sülh sazişi mətnini hazırladıq. Danışıqlar
prosesi bunun üzərində başladı. Amma danışıqlar hamar getmirdi”.
01:32 09.08.2025
Oxunuş sayı: 799