Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 663 şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 663 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 319 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 344 nəfər üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.
15:46 04.08.2025
Oxunuş sayı: 761