Elçin Əfəndiyev vəfat edib

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, o, bu gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, görkəmli dramaturq, professor 1943-cü ildə İlyas Əfəndiyevin ailəsində Bakıda anadan olub. 1993-2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini kimi çalışıb.
1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bundan başqa, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
13:32 03.08.2025
Oxunuş sayı: 1191