"Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur" - MÜTDA

2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənəd qəbulu 29 iyul-4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur.
Ayhan
15:32 30.07.2025
Oxunuş sayı: 4320