Rusiyada raket yanacağı istehsal edən zavoda zərbə endirilib
Ukrayna tərəfi Rusiyanın Tver vilayətində yerləşən Redkino zavoduna zərbə endirildiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müəssisə X-55 və X-101 qanadlı raketləri üçün “Desilin-M” yanacaq komponentləri, eləcə də dizel yanacağı və aviasiya kerosini üçün aşqarlar istehsal edir.
Müəssisənin hərbi təyinatlı raketlərdə istifadə olunan yanacaq komponentləri istehsal etməsi onu strateji əhəmiyyətli obyektlərdən birinə çevirir.
Bundan başqa, Moskva vilayətinin Puşkino şəhərində güclü yanğın baş verdiyi, hadisə zamanı kimyəvi maddələrin detonasiya etdiyi bildirilir. Hadisənin səbəbləri və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.
10:17 09.10.2026
Oxunuş sayı: 206