İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Azərbaycan
Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu
göndərib.
Crossmedia.az
xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
30
İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda
qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən
xoş arzularımı çatdırıram.
İslam
həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və
ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı
hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü
səviyyəsi məmnunluq doğurur.
Əminəm
ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda
qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.
Bu
bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş
xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
11:12 30.07.2025
Oxunuş sayı: 1739