İyul ayının bütün sosial ödənişləri yekunlaşdı

Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə
Fondu tərəfindən iyul ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Crossmedia.az
xəbər verir ki bu barədə Nazirliyin Mətbuat xidməti bildirib.
Bildirilib
ki, iyulun 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar
Respublikası üzrə iyul ayının pensiyaları, iyulun 22-də digər bölgələrdə
yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin
iyul ayı üzrə pensiyaları, iyulun 25-də iyul ayının müavinət, təqaüd və ünvanlı
dövlət sosial yardımları ödənilib.
11:52 28.07.2025
Oxunuş sayı: 1053