Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım
Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib.
Crossmedia.az
xəbər verir ki, mətndə deyilir:
"Hörmətli
xanım Prezident,
Peru
Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün
xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
İnanıram
ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun
olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu
xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq
və rifah arzulayıram".
11:16 28.07.2025
Oxunuş sayı: 1201