Türk Dil Qurumu AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə 200 ədəd kitab hədiyyə edib


Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumu AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə 200 ədəd kitab hədiyyə edib.
Crossmedia.az xəbər verir ki, bu addım Prezident İlham Əliyevin müəyyən etdiyi “Bizim ailəmiz Türk dünyasıdır”
dövlət siyasəti çərçivəsində AMEA-da atılan addımların məntiqi davamıdır.
Kitabların
əldə edilməsində AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru dosent Mehman
Əliyevin Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə apardığı danışıqlar
mühüm rol oynayıb.
Həmçinin
nəşrlərin ölkəmizə çatdırılmasında Azərbaycan Respublikasının İstanbul şəhərindəki
Baş Konsulluğunun rəhbərliyi və əməkdaşları, eləcə də AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun kitabxana müdiri Sevil Zülfüqarova öz səylərini əsirgəməyiblər.
Türk
Dil Qurumu tərəfindən hədiyyə olunmuş kitablar Azərbaycan-Türkiyə elmi, mədəni əlaqələrinin,
eləcə də Türk Dil Qurumu ilə AMEA Lənkəran Regional Elmi Mərkəzi arasında
münasibətlərin inkişafına öz töhfəsini verəcək.
16:48 25.07.2025
Oxunuş sayı: 3093