Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olunub


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşına vəsiqə və medallar təqdim olunub.
Crossmedia.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev təltif edilmiş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O bildirib ki, dövlətimizin başçısının tapşırıqları əsasında əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl sosial islahatlar aparılır. Həmin islahatlar prosesində dövlət qulluğu sistemində səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlar ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. 2018-ci ildən indiyədək dövlətimizin başçısının sərəncamları ilə nazirliyin 141 əməkdaşı dövlət təltiflərinə layiq görülüb.
Nazir təltif olunmuş əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Tədbirdə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi, habelə əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində görülmüş işlərə dair məlumat verib.
Sonra vəsiqələr və medallar təqdim olunub. Təltif edilmiş əməkdaşlar dövlətimizin başçısına onlara göstərdiyi yüksək diqqət və qayğıya, etimada görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də daim səylə çalışacaqlarını bildiriblər.
11:45 23.07.2025
Oxunuş sayı: 968