İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Crossmedia.az-ın məlumatına görə, dövlət başçısı xarici və yerli media nümayəndələrinin çoxsaylı suallarına cavab verib.
17:15
Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb.
Crossmedia.az xəbər verir ki, Dövlət başçısının görüşü canlı yayımlanır.
Qeyd edək ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
21:20 19.07.2025
Oxunuş sayı: 1137