Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Londonda səfir Elin Süleymanovla görüşüb


Azərbaycan İdman Akademiyasının (AİA) rektoru Fuad Hacıyev Böyük Britaniyada Azərbaycanın səfiri Elin Süleymanov ilə Londonda görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan səfirliyinin sosial şəbəkə hesablarında paylaşılıb.
Görüşdə səfir Elin Süleymanov rektor Fuad Hacıyevi və onu müşayiət edən heyəti səfirlikdə səmimi qəbulla qarşılayıb və görüşün təşkilindən məmnunluğunu ifadə edib.
Müzakirələrin əsas mövzusu Azərbaycan İdman Akademiyası ilə Böyük Britaniyanın Koventri Universiteti arasında idman menecmenti sahəsində ikili diplomlu magistr proqramı ilə bağlı ətraflı məlumat almaq olub.
Görüş iki tərəf arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.
13:25 18.07.2025
Oxunuş sayı: 551